🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Peru Meksika ilə diplomatik münasibətləri kəsib

Azərbaycan.media xəbər verir ki, Peru hökuməti Meksika ilə diplomatik münasibətləri kəsdiyini açıqlayıb. Bu barədə ölkənin xarici işlər naziri Huqo de Sela məlumat verib.

Nazirin sözlərinə görə, qərara səbəb çevriliş təşkil etməkdə ittiham olunan keçmiş baş nazir Betsi Çavesin Limadakı Meksika səfirliyinə sığınması olub.

“Keçmiş prezident Pedro Kastillonun dövlət çevrilişinə cəhddə əli olduğu iddia edilən keçmiş baş nazir Betsi Çavesin Meksikanın Perudakı səfirinin iqamətgahına sığınması hökumət üçün həm təəccüblü, həm də dərin narahatlıq doğuran hadisə oldu”, – deyə de Sela bildirib.

O, Meksikanın bu addımını qeyri-dost hərəkət kimi qiymətləndirib.