🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əməkdar həkim Cəbrayıl Əlinağıyev vəfat edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın tanınmış travmatoloqu, Əməkdar həkim Cəbrayıl Əlinağıyev vəfat edib.

Məlumata görə, Cəbrayıl Fərman oğlu Əlinağıyev uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 1947-ci ildə Masallı rayonunda anadan olub və tibb sahəsindəki xidmətlərinə görə Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!