🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının bir sıra küçə və prospektlərində sıxlıq yaranıb

Azərbaycan.media xəbər verir ki, paytaxtın bir neçə əsas yolunda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda sıxlıq aşağıdakı istiqamətlərdə qeydə alınıb:

  1. Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;

  2. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

  3. Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

  4. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində;

  5. Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;

  6. Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;

  7. Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində;

  8. Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsindən “20 Yanvar” metro stansiyası istiqamətində;

  9. Heydər Əliyev prospekti (əsas yol) – mərkəz istiqamətində;

  10. Heydər Əliyev prospekti (köməkçi yol) – mərkəz istiqamətində;

  11. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

  12. 28 May küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinədək;

  13. Neftçilər prospekti – “Azneft” dairəsi istiqamətində.

NİİM sürücülərə sıxlıq olan yollarda alternativ marşrutlardan istifadə etməyi tövsiyə edir.