🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda oktyabr ayında ChatGPT-nin bazar payı 93,55% olub

 

Azərbaycan.media xəbər verir ki, bu ilin oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”ları arasında ChatGPT liderliyini qoruyub.

“Statcounter” agentliyinin son hesabatına əsasən, ChatGPT-nin bazar payı 93,55% təşkil edib ki, bu da sentyabr ayına nisbətən 1,53 faiz bəndi azdır.

İkinci pillədə Microsoft Copilot (2,42%, +0,41 faiz bəndi) qərarlaşıb, üçüncü yer isə Google Gemini-nin payına düşür (2,32%, +1,31 faiz bəndi). Dördüncü yerdə Perplexity (1,51%, -0,11 faiz bəndi), beşinci yerdə isə Claude (0,2%, -0,08 faiz bəndi) olub.

Platformalara görə bazar payları belədir:

Kompüterlərdə:

  • ChatGPT – 93,88 % (+0,64)

  • Microsoft Copilot – 2,75 % (-0,52)

  • Perplexity – 1,66 % (-0,30)

  • Google Gemini – 1,49 % (+0,54)

  • Claude – 0,23 % (-0,11)

Mobil cihazlarda:

  • ChatGPT – 91,3 % (-6,73)

  • Google Gemini – 8,26 % (+6,94)

  • Perplexity – 0,43 % (+0,43)

Planşetlərdə:

  • ChatGPT – 85,71 % (-5,71)

  • Google Gemini – 14,29 % (+14,29)

Hesabat göstərir ki, ChatGPT bütün platformalarda liderliyini qoruyur, lakin mobil və planşet bazarında Google Gemini sürətlə payını artırır.