🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Balıkesirdə 4.9 bal gücündə zəlzələ baş verib

Azərbaycan.media xəbər verir ki, Türkiyənin Balıkesir vilayətində növbəti zəlzələ qeydə alınıb. Məlumata görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) açıqlama yayıb.

Bildirilib ki, Sındırğı rayonunda yerli vaxtla 15:35-də 4.9 bal gücündə yeraltı təkanlar baş verib. Zəlzələ 11 km dərinlikdə qeydə alınıb və ilkin məlumatlara görə, dağıntı olmayıb.

Yeraltı təkanlar İstanbul, İzmir və Bursa şəhərlərində də hiss olunub.

Xatırladaq ki, oktyabrın 27-də Balıkesirdə 6.1 bal gücündə zəlzələ baş vermişdi.