Azərbaycan.media xəbər verir ki, 03.11.2025-ci il tarixində 44 günlük Vətən müharibəsində şəhid olan Gədəbəy rayonunun Kiçik Qaramurad kənd sakini Quluyev Mehtab Ənvər oğlunun beşinci ildönümü münasibətilə məzarı ziyarət olunub.
Tədbirdə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı aparatının məsul işçiləri, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşı, Gədəbəy şəhər Cümə məscidinin nümayəndəsi və kənd camaatı iştirak edib. Məzarda şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Şəhid anası dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik!
