Azərbaycan.media xəbər verir ki, uzun illərdir qardaş Türkiyədə yaşayan sevilən bəstəkarımız Vüsalə Hikmət fəaliyyətini orada da uğurla davam etdirir.
Həmyerlimiz, istedadlı bəstəkar 31 oktyabr tarixində Türkiyədə baş tutan Beynəlxalq Mükafat Törenində iştirak edib. Törən zamanı Vüsalə Hikmətə “Beynəlxalq İlin Uğurlu Bəstəkarı” mükafatı təqdim edilib. Bu xəbərə Azərbaycan.media komandası olaraq çox sevindik. Qardaş Türkiyədə də ölkəmizi yüksək səviyyədə təmsil edən Vüsalə xanıma gələcəkdə daha çox uğur arzu edirik.
Ünlü bəstəkar sevincini ilk olaraq Azərbaycan.media ilə bölüşüb və bildirib:
“Bu mükafatı oğlumla birlikdə aldım və onu ona hədiyyə etdim.”

Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media
