🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyənin Kütahya və Balıkesir bölgələrində zəlzələ qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, Türkiyənin Kütahya bölgəsində zəlzələ baş verib. Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumatına görə, zəlzələ 3 bal gücündə olub.

Eyni zamanda, Türkiyədə Balıkesir vilayətinin Sındırqı rayonunda 4,3 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 15:41-də (Bakı vaxtı ilə 16:41) baş verib. Zəlzələnin ocağı 14,13 kilometr dərinlikdə yerləşib.