🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lamin Yamalın zəif oyunu pubalji problemi ilə əlaqədardır

Azərbaycan.media xəbər verir ki, İspaniyanın “Barselona” klubunun gənc futbolçusu Lamin Yamalın “Real Madrid”lə “El-Klassiko” matçında (1:2) zəif çıxışı ciddi sağlamlıq problemi ilə bağlıdır.

Modern.az-ın məlumatına görə, 18 yaşlı hücumçuda karyerası boyunca onu izləyə biləcək xroniki pubalji xəstəliyi aşkarlanıb. Bu xəstəlik qasıq və qarın nahiyəsində ağrılarla özünü göstərir və əzələlərin bədən böyüdükcə dəyişməsi nəticəsində inkişaf edə bilər.

İspaniyalı fizioterapevt Luis Puç bildirib ki, pubalji adi əzələ zədəsi deyil: “Bu, bir ay ərzində keçəcək bir problem deyil. Laminin ən yüksək səviyyədə oynaya bilməsi üçün uzunmüddətli profilaktik işlər aparılmalıdır”.

Məşhur travmatoloq Pedro Luis Ripol isə “El Larguero” radiosuna açıqlamasında bildirib: “Bu zədənin müalicəsi çətindir. Ağrı oyunçunun hərəkət qabiliyyətini və zərbə gücünü təxminən 50% azaldır. Bu da ‘El-Klasiko’da Yamalın performansına əks olundu. Ağrı oyunçunun matçlarda iştirakına imkan verir, amma maksimum effektivliyə çatmasına mane olur”.

Qeyd edək ki, “Barselona”nın keçmiş futbolçusu Lionel Messi də 2000-2008-ci illərdə pubaljidən əziyyət çəkib, lakin bu problem onun möhtəşəm karyerasına mane olmayıb.