🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sumqayıtda avtomobil kanala düşüb, yaralananlar var

Azərbaycan.media xəbər verir ki, Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Report-a istinadla bildirilib ki, “Toyota Kamri” markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.