🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Peskov: “Putin və Tramp görüşü yox, Ukrayna məsələsi üzərində işləmək vacibdir”

Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Donald Tramp arasında görüşdən əvvəl Ukrayna məsələsi üzərində diqqətli iş aparılmasının vacib olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya-ABŞ sammitinə ehtiyac yoxdur və əsas prioritet nizamlanmanın detalları üzərində dəqiq işləməkdir.

Peskov əlavə edib ki, nəzəri olaraq, Putin və Tramp arasında tez bir zamanda görüş təşkil etmək mümkündür, lakin hazırda bunun zəruriliyi mövcud deyil.