🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şimali Makedoniyada 33 bələdiyyədə seçkilərin ikinci turu başlayıb

Azərbaycan.media xəbər verir ki, Şimali Makedoniyada yerli seçkilərin birinci turunda namizədlərin heç biri tələb olunan 50 faizdən çox səs toplaya bilmədiyi üçün bu gün 33 bələdiyyədə ikinci tur səsvermə keçirilir.

Yerli mediaya istinadən bildirilib ki, seçicilər yerli vaxtla saat 07:00-dan etibarən bələdiyyə sədrləri və bələdiyyə şuralarının üzvlərini seçmək üçün səsverməyə başlayıblar.

Bu mərhələdə qeydiyyatda olan 1 milyon 13 min 375 seçici yerli vaxtla 19:00-a qədər səs verə biləcək.

Qanunvericiliyə əsasən, ikinci turda birinci turda 50 faiz həddi keçməyən bələdiyyələrdə ən çox səs toplamış iki namizəd mübarizə aparır. Paytaxt Skopye Böyükşəhər Bələdiyyəsində seçicilər Daxili Makedon İnqilabi Təşkilatı – Makedoniya Milli Demokratik Birliyinin namizədi Orse Gjorgjievski ilə “Levica” (Sol) Partiyasının namizədi Amar Mecinoviç arasında seçim edəcəklər.