Azərbaycan.media xəbər verir ki, Zaqatalada 37 yaşlı kişinin meyiti aşkarlanıb. Hadisə ötən gün saat 23:00 radələrində rayonun Aşağı Tala kəndində baş verib.
Məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayev yaşadığı ünvanda yerləşən yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən tapılıb.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Sabit Ağayev tanınmış futbolçu Mahir Əmrəlinin dayısı oğludur.
