🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Röya konsertdə tamaşaçının əlindən telefonu aldı: “Məni qoyub futbolmu izləyirsən?”

Azərbaycan.media xəbər verir ki, Xalq artisti Röya Ayxan son konserti zamanı gözlənilməz vəziyyətlə üzləşib. Səhnə performansı zamanı tamaşaçılardan biri mobil telefonu ilə futbol matçına baxıb.

Hadisəni görən müğənni dərhal reaksiyasını bildirib — o, tamaşaçının əlindən telefonu alaraq narazılığını ifadə edib. Röya daha sonra cihazdakı görüntüləri zalda olan digər tamaşaçılara göstərərək həmin şəxsə “Məni qoyub futbolmu izləyirsən?” deyə irad tutub.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi Röyanın davranışını haqlı hesab etsə də, digərləri sənətçinin bu reaksiyasını birmənalı qarşılamayıb.