🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rəcəb Tayyib Ərdoğanın İrəvan sammitində iştirak edib-etməyəcəyi hələlik məlum deyil

Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitində iştirak edib-etməyəcəyi barədə hələlik konkret məlumat yoxdur. Bu barədə “RİA Novosti” agentliyinə Türkiyə liderinin ofisindən məlumat verilib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentlərinin Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək 8-ci sammitinə dəvət olunduğunu bildirmişdi.