Azərbaycan.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) “Monetri” BOKT MMC-ni və qurumun vəzifəli şəxslərindən birini inzibati məsuliyyətə cəlb edib.
AMB-nin məlumatına görə, aparılan cari nəzarət tədbirləri zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.
Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə “Monetri” BOKT MMC 50 min manat, onun vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimə olunub.
Oxundu: 13
