🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zakir Həsənov Qazaxıstan müdafiə naziri ilə görüşüb – Yeni əməkdaşlıq planı imzalanıb

Azərbaycan.media xəbər verir ki, Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 31-də bu ölkənin müdafiə naziri, general-leytenant Dauren Kosanovla görüş keçirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin dostluq və qardaşlıq prinsipləri üzərində qurulduğu vurğulanıb. Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyətini müzakirə ediblər.

Həmçinin iki ölkə arasında hərbi əlaqələrin yeni istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı Qazaxıstan müdafiə naziri Dauren Kosanov general-polkovnik Zakir Həsənovu “Beynəlxalq əməkdaşlığın inkişafına töhfəyə görə” medalı ilə təltif edib.

Sonda Azərbaycan və Qazaxıstan müdafiə nazirlikləri arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb.