🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski: Pokrovska yaxınlıqda vəziyyəti nəzarətdə saxlayırıq, rusların sayı çox olsa da üstünlük demək deyil


Ukrayna Prezidenti Volodimir Zelenski Pokrovsk istiqamətində gedən döyüşlər barədə açıqlama verib.

Azərbaycan.media-ya verilən məlumata görə, dövlət başçısı Ukrayna Müdafiə Qüvvələrinin hələlik əhatəyə alınmadığını və bölgədə vəziyyətin nəzarət altında olduğunu bildirib.

Zelenski deyib: “Pokrovsk yaxınlığında qüvvələrimiz vəziyyəti nəzarətdə saxlayır. Düşmən bütün tərəflərdən təzyiq göstərir, amma rusların orada üstünlük qazandığını demək doğru olmaz. Onların sayı çoxdur, lakin bu, qələbə demək deyil.”

O, daha əvvəl Kursk əməliyyatı zamanı yayılan dezinformasiyalara da diqqət çəkərək, minlərlə ukraynalı hərbçinin mühasirəyə düşməsi iddialarını təkzib edib: “Bu yalandır, heç bir 5–8 minlik əhatə olmayıb. Komandirlər anlayır ki, mühasirəyə düşməyə yol vermək olmaz. İnsan həyatı hər şeydən önəmlidir.”

Prezident bildirib ki, Rusiya Pokrovsk istiqamətində təxminən 170 min hərbçi cəmləşdirib və bu, vəziyyəti mürəkkəbləşdirir. O, rus ordusunun şəhərdə mövcud olduğunu, lakin Ukrayna qüvvələrinin onların irəliləyişinə imkan vermədiyini vurğulayıb: “Səhər baş komandanla danışdım, Pokrovskda ciddi dəyişiklik yoxdur. Biz rusları tədricən məhv edirik, çünki şəxsi heyəti qorumaq vacibdir.”

Zelenski həmçinin Rusiya Prezidenti Vladimir Putinin Pokrovska səfəri barədə bəyanatına münasibət bildirərək əlavə edib: “Əgər o, doğrudan da gələcəksə, nəticəni hamı bilir – bu, onun üçün yaxşı bitməyəcək.”