Paytaxtın bir neçə əsas küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.
Azərbaycan.media xəbər verir ki, Bu barədə məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.
Hazırda sıxlıq aşağıdakı istiqamətlərdə qeydə alınıb:
-
Yusif Səfərov küçəsi – mərkəz və Heydər Əliyev prospekti istiqamətində;
-
Ziya Bünyadov prospekti – Bakı Olimpiya Stadionu qarşısından “20 Yanvar” metrostansiyası, həmçinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
-
Bakı–Sumqayıt şosesi – “Xırdalan” dairəsi istiqamətində;
-
Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
-
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
-
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
-
Şəmsi Bədəlbəyli küçəsi – “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;
-
Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində;
-
28 May və Dilarə Əliyeva küçələri – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
-
Mikayıl Useynov prospekti – Bayraq Meydanından “Azneft” dairəsi istiqamətində;
-
Heydər Əliyev prospektinin köməkçi yolu – mərkəz istiqamətində;
-
Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
-
Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
-
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
-
Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində;
-
Koroğlu Rəhimov küçəsi – Mirzə Qədim İrəvani küçəsindən Həsən Əliyev və Heydər Əliyev prospekti istiqamətində.
NİİM sürücülərə hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmağı və mümkün olduqda alternativ yollardan istifadə etməyi tövsiyə edib.
