🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zəngilanda genişmiqyaslı bərpa layihələri regionun strateji əhəmiyyətini artırır

Azərbaycan.media xəbər verir ki, Zəngilan rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və infrastruktur layihələri bölgənin sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, onun strateji əhəmiyyətini də gücləndirir.

Prezident İlham Əliyevin ötən gün Zəngilandan səsləndirdiyi fikirlər təkcə iqtisadi perspektivlərin təqdimatı deyil, həm də regionun gələcək geosiyasi inkişaf istiqamətlərini müəyyənləşdirən strateji baxış kimi dəyərləndirilir.

Zəngəzur və Araz dəhlizlərinin işə düşməsi yalnız ölkə daxilində iqtisadi dövriyyəni artırmayacaq, eyni zamanda beynəlxalq yük axınlarının həcminə və marşrut strukturuna mühüm təsir göstərəcək.