🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əməkdar jurnalist, Professor Qulu Məhərrəmlinin şərhi: İran prezidentinin Azərbaycanla bağlı dostluq çağırışı mühüm siyasi mesajdır

 

İran prezidenti Məsud Pezeşkian “Hökumət həftəsi” çərçivəsindəki çıxışında Azərbaycanla münasibətlərə dair verdiyi mesajlar həm siyasi, həm də mənəvi baxımdan diqqətəlayiqdir. O, ölkəsindəki bəzi dairələrin Azərbaycan siyasətinə yönəlik tənqidlərinə cavab olaraq bildirdi: “Azərbaycan bizə qardaş ölkədir. Ona görə də Bakı ilə düşmənçiliyi kənara qoyub dostluq etməliyik.”

Bu bəyanat, İranın yeni rəhbərliyinin regionda sülhə və əməkdaşlığa üstünlük verdiyini göstərir. Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı xoşməramlı mövqeyini bir daha təsdiqləməsi, Azərbaycanın strateji maraqlarına hörmətin ifadəsi kimi dəyərləndirilə bilər.

İran-Azərbaycan münasibətləri tarixi, mədəni və coğrafi bağlarla örülmüşdür. Bu baxımdan Pezeşkianın çıxışı yalnız diplomatik jest deyil, həm də regional sabitliyə və mehriban qonşuluğa çağırışdır. Bu çağırışın praktik addımlarla müşayiət olunması, Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilər.

Mənbə: Azərbaycan.media