Paşinyanın seçkiləri tezləşdirmək niyyətində olduğuna dair iddialar yayılıb
Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkilərinin vaxtını dəyişmək niyyətində olduğu ehtimal edilir.
Azərbaycan.media xəbər verir ki, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının seçki qərargahında aparılan yeni təyinatlar bu iddiaları gücləndirib.
Məlumata əsasən, Baş nazirin aparat rəhbəri Araik Arutyunyan seçki qərargahının rəhbəri, Vaaqn Aleksanyan isə onun təşviqat üzrə müavini təyin edilib. Bu qərar partiya üzvləri üçün gözlənilməz olub və Paşinyanın seçkiləri vaxtından əvvəl keçirməyi planlaşdırdığı barədə ehtimalları artırıb.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayında keçirilməlidir.
