🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qəbələdə avtomobil 59 yaşlı qadını vuraraq öldürüb

Azərbaycan.media xəbər verir ki, Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Bunud kəndi ərazisində qeydə alınıb. İlkin məlumatlara görə, İslam İsbəndiyarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil 59 yaşlı piyada Elmira Əhmədovanı vurub. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.