Gəncədə ağır yol-nəqliyyat hadisəsi: 1 ölü, 4 yaralı
Azərbaycan.media xəbər verir ki, Gəncədə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhər ərazisində, hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə yerində bir nəfər ölüb, yaralanan dörd nəfər dərhal xəstəxanaya çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib və vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Xəsarət alanlar aşağıdakılardır: 2004-cü il təvəllüdlü R. Mehdiyev, 1989-cu il təvəllüdlü Ə. Verdiyev, 2003-cü il təvəllüdlü Ə. Nağızadə və 1962-ci il təvəllüdlü T. Kərimova.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.
