🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sumqayıtda bir sıra ərazilərdə içməli suyun verilməsində fasilə olacaq

Sabah Sumqayıt şəhərinin bir sıra ərazilərində aparılan təmir-tikinti işləri ilə əlaqədar içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Azərbaycan.media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah səhər saatlarından axşamadək Kotec və Kimyaçılar qəsəbələri, Bulvar ərazisi, 26-cı məhəllə, Xəzər bağları, eləcə də 7, 8 və 12-ci məhəllələrin bir hissəsini su ilə təmin edən magistral xətdə təmir-tikinti işləri aparılacaq. Bu səbəbdən həmin ərazilərdə içməli suyun verilməsi dayandırılacaq.