🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya bir gündə 350 Ukrayna dronunu məhv edib

Rusiyanın hava hücumundan müdafiə sistemləri son sutka ərzində 350 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.

Azərbaycan.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, təkcə ötən gecə ərzində 193 Ukrayna dronu zərərsizləşdirilib.

PUA-lar Moskva və Moskva vilayəti, Bryansk, Kaluqa, Tula, Kursk, Belqorod, Orlov, Rostov, Voronej, Orenburq, Tambov, Lipetsk və Samara vilayətlərinin hava məkanlarında vurulub.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi ordunun Dnepropetrovsk və Zaporojye vilayətlərinin sərhədində yerləşən Yeqorovka, Privolnoe və Novonikolaevka yaşayış məntəqələrinə nəzarəti ələ keçirdiyini də bildirib.