🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Milli Məclisdə Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçiriləcək

Oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə beynəlxalq parlament konfransı keçiriləcək.

Azərbaycan.media xəbər verir ki, tədbir “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub.

Konfransda müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlət suverenliyi və milli müstəqilliyin qorunması istiqamətində fikir mübadiləsi aparılacaq.

Tədbirdə 20-yə yaxın ölkənin parlament nümayəndə heyətləri, həmçinin 5 beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı gözlənilir.