🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kamala Harris ABŞ-da yenidən prezidentliyə namizəd ola biləcəyini açıqlayıb – Azərbaycan.media

Azərbaycan.media xəbər verir ki, 2024-cü il prezident seçkilərində Donald Trampa məğlub olan ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris yenidən namizədliyini irəli sürə biləcəyini bildirib.

Harris bu barədə BBC-yə verdiyi müsahibədə danışıb.

“Bəlkə… hələ bitirməmişəm. Bütün karyeramı dövlət qulluğuna həsr etmişəm və bu, mənim qanımdadır”, – o qeyd edib.

Harris eyni zamanda vurğulayıb ki, hələlik yekun qərarını verməyib.