Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ və Qətər arasında keçirilən təhlükəsizlik danışıqları və bölgədə gözlənilən sülhməramlı fəaliyyətlər barədə açıqlama verib. Tramp bildirib ki, hazırda vəziyyət yaxşıdır və mühüm ölkələr məsələni özləri həll edə biləcəklər, ABŞ müdaxiləsinə ehtiyac yoxdur.
“Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və onların arxasında duran bir çox dövlət var. Türkiyə də bu prosesdə iştirak edir. Eyni zamanda İndoneziya, İordaniya və Misir də, eləcə də hadisələrə birbaşa yaxın olmayan digər ölkələr də prosesin içərisindədir. Hər kəs bu prosesdə iştirak edir”, – deyə Tramp vurğulayıb.
Xatırladaq ki, ötən gün Tramp Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani ilə Dohada görüşüb.
