🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Antalyada turistləri daşıyan miniavtobus qəzaya düşdü – yaralananlar var

Azərbaycan.media xəbər verir ki, Türkiyənin Antalya şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.  Qəza Antalyanın Serik bölgəsində qeydə alınıb.

Hadisə zamanı miniavtobus, minik avtomobili və iki yük maşını toqquşub. Nəticədə miniavtobusda olan iki alman turist müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əraziyə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılara yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıblar.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.