Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Müqəddəs Taxt-Taca səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi müzakirə olunub. Roma Papası bu istiqamətdə əldə olunan irəliləyişi müsbət dəyərləndirərək, sülhün Cənubi Qafqazda əməkdaşlıq və sabitliyin yeni mərhələsinə yol aça biləcəyinə ümidvar olduğunu bildirib.
Nikol Paşinyan isə Ermənistan hökumətinin ölkənin rifahı, regionun firavanlığı və davamlı inkişafı naminə sülh gündəliyinə sadiq qaldığını vurğulayıb.
