🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Oktyabrın 20-nə hava proqnozu: Axşam saatlarında bəzi bölgələrdə yağış və şimşək gözlənilir

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti oktyabrın 20-nə olan hava proqnozunu açıqlayıb. Qurumun məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz, dəyişkən buludlu olacaq. Gün ərzində cənub-şərq küləyi mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Paytaxtda havanın temperaturunun gecə 14-17°, gündüz isə 20-24° isti olacağı bildirilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.

Ölkənin rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında şimal və qərb rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı proqnozlaşdırılır. Qısamüddətli leysan və dolu ehtimalı da var. Ayrı-ayrı bölgələrdə arabir duman müşahidə ediləcək, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Rayonlarda gecə 11-16°, gündüz 20-25° isti, dağlıq ərazilərdə isə gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.