🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanın iqtisadiyyat naziri ABŞ-də İslam İnkişaf Bankı ölkələrinin görüşündə iştirak edib


Azərbaycan.media xəbər verir ki, ABŞ-də səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun 2025-ci il üzrə İllik Toplantısı çərçivəsində İslam İnkişaf Bankına üzv ölkələrin müdirləri ilə keçirilən görüşdə və onlar üçün təşkil olunmuş naharda iştirak edib.

Nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, tədbir İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və üzv dövlətlərin nümayəndələri ilə dayanıqlı və inklüziv inkişaf prioritetləri barədə fikir mübadiləsi aparmaq üçün səmərəli platforma olub.

Görüş zamanı Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ilə bağlı hazırlıqlar, eləcə də islam maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.