Xalq artisti Brilliant Dadaşova sosial media hesabında paylaşım edərək Qaraçuxurda keçirilən pulsuz dönər aksiyasını kəskin tənqid edib.
Azərbaycan.media-ya açıqlamasında sənətçi bildirib ki, yayılan görüntülərdə azyaşlı uşaqların çoxluq təşkil etməsi onu dərindən narahat edib.
“Rayonlarda mal-qaranın ağzına yara düşüb. Uşaqlara bunu etməyin. Vicdanınız olsun”, – deyə Brilliant Dadaşova sosial şəbəkə paylaşımında bildirib.
Qeyd edək ki, görüntülərdə uşaqların izdiham içində növbəyə durması və qidalanma təhlükəsizliyi ilə bağlı sualların yaranması izləyicilər arasında da narazılığa səbəb olub.

