Milli Hidrometeorologiya Xidmətindən Azərbaycan.media saytına verilən məlumata görə, ölkə ərazisinin bir sıra bölgələrində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı ərazilərdə yağan yağışlar leysan xarakterli olub, yüksək dağlıq ərazilərdə – xüsusilə Şahdağda qar müşahidə edilib.
Məlumata əsasən, son sutkada yağıntının miqdarı aşağıdakı kimi qeydə alınıb:
-
Lənkəran – 56 mm
-
Astara – 30 mm
-
Lerik – 20 mm
-
Oğuz – 8 mm
-
Zaqatala – 7 mm
-
Yardımlı – 6 mm
-
Quba – 5 mm
-
Xızı, Bakı və Abşeron yarımadası – 4 mm
-
Qəbələ və Şabran – 3 mm
-
Zərdab – 2 mm
-
Yevlax, Neftçala, Balakən, Göyçay, Qax (Sarıbaş), Şəki, İsmayıllı, Şamaxı, Qusar və Sabirabad – 1 mm
Bundan əlavə, Daşkəsən, Gədəbəy, Naftalan, Zaqatala, Qax (Sarıbaş), Şəki, Şamaxı, Xızı, Qusar, Quba və Göyçayda duman müşahidə olunub. Dumanlı hava şəraiti nəticəsində bəzi yerlərdə görünüş məsafəsi 200 metrədək azalıb.
