🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Səhər saatlarında duman: bir neçə rayonda görünüş kəskin məhdudlaşıb

Səhər saatlarında duman: bir neçə rayonda görünüş kəskin məhdudlaşıb

Bu gün səhər saatlarından etibarən Daşkəsən, Gədəbəy, Naftalan, Zaqatala, Qax (Sarıbaş), Şəki, Şamaxı, Xızı, Qusar, Quba və Göyçay rayonlarında duman müşahidə olunub.

Dumanlı hava şəraiti nəticəsində görünüş məsafəsi bəzi ərazilərdə 200 metrədək azalıb.

Azərbaycan.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, dumanın gün ərzində bəzi dağlıq və dağətəyi rayonlarda davam edəcəyi gözlənilir.