🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Neft qiymətləri yenidən yüksəldi: “Brent” 61 dollara yaxınlaşdı

ICE London qitələrarası birjasında aparılan son ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2025-ci ilin dekabr fyuçerslərinin qiyməti 0,38% artaraq bir barel üçün 61,29 ABŞ dolları səviyyəsində müəyyənləşib.

Azərbaycan.media-nın APA-Economics-ə istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında isə noyabr ayı üzrə “WTI” markalı neftin 1 barelinin qiyməti 0,14% artaraq 57,54 ABŞ dollarına çatıb.

Neft bazarındakı qiymət artımı qlobal enerji tələbatı və bazar gözləntiləri ilə əlaqələndirilir.