Azərbaycan.media xəbər verir ki, Ermənistanda X. Abovyan adına Dövlət Pedaqoji Universitetinin rektoru, prorektoru və bir neçə universitet əməkdaşı saxlanılıb. Bu barədə məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yayıb.
Komitənin açıqlamasına görə, həmin şəxslər aşağıdakı cinayətlərdə ittiham olunurlar:
-
cinayətkar qruplaşma yaratmaq və ona rəhbərlik etmək
-
büdcədən külli miqdarda vəsaitin yayındırılması
-
rüşvətxorluq
Universitetin hazırkı rektorunun kimliyi və konkret ittihamların detalları barədə əlavə məlumatlar verilməyib.
