Azərbaycan.media xəbər verir ki, Avropanın enerji balansında Rusiya qazının payı son illərdə əhəmiyyətli şəkildə azalıb. Rusiya Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, bu göstərici əvvəlki illərdə 44% təşkil edirdisə, hazırda 19%-ə enib.
Novak bu açıqlamanı Rusiya Energetika Həftəsi çərçivəsində çıxışı zamanı verib. O bildirib ki, Avropa İttifaqı Rusiya qazının tədarükünü məhdudlaşdırmaq qərarı verib və nəticədə qaz axını nəzərəçarpacaq dərəcədə azalıb.
