Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d., prof. Rəsmiyyə Abdullayeva İtaliyanın paytaxtı Roma şəhərində 13-15 oktyabr tarixlərində keçirilən IX Beynəlxalq Tətbiqi Sosial Elmlər Konqresində iştirak edib. Beynəlxalq konqres İtaliyanın Sapienza Universiteti, Malta Universiteti, Kosovanın Haxhi Zeka Universiteti, Şimali Makedoniyanın Tetova Universiteti, Moldoviyanın İqtisadiyyat Elmləri Akademiyası, Xorvatiyanın Rijeka Universiteti, Rumıniyanın Qərb Universiteti və Hindistanın Grafik Era Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Konqresin mövzusu “Yeni çağırışlar dövründə gələcəyi formalaşdırmaq: sosial, iqtisadi və ekoloji sabitlik və dayanıqlılıq” olub. Konqresdə 30-dan çox ölkənin alimləri iştirak edib. R.Abdullayeva Kongresdə çıxış etməklə yanaşı bölmələrin birinin sədri olub.



Mənbə: Azərbaycan.media
