🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Peskovdan “Tomaqavk” xəbərdarlığı: “Pis sonluqla nəticələnə bilər”

Azərbaycan.media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukraynaya “Tomaqavk” qanadlı raketləri göndərməsi ehtimalına münasibət bildirib. O, bu addımın ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Peskovun sözlərinə görə, bu tip mürəkkəb silahların idarə olunması amerikalı mütəxəssislərin birbaşa iştirakını tələb edir:

Kreml rəsmisi əlavə edib ki, “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi eskalasiyanı daha da dərinləşdirə bilər və bu, region üçün təhlükəli mərhələyə keçid deməkdir.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də məsələ ilə bağlı sərt açıqlama verib. O, ABŞ prezidenti Donald Trampın Ukraynaya “Tomaqavk” raketlərinin mümkün tədarükü ilə bağlı bəyanatına cavab olaraq bildirib ki, bu cür yardım münaqişənin bütün tərəfləri, o cümlədən Vaşinqton üçün mənfi nəticələr doğura bilər.
Medvedevin fikrincə, bu raketləri əslində Kiyev deyil, ABŞ özü işə salacaq. O, Trampın açıqlamasının “növbəti boş təhdid” olacağına ümid etdiyini də əlavə edib.
Xatırladaq ki, Donald Tramp son açıqlamasında Rusiya-Ukrayna münaqişəsinin həll olunmaması halında Ukraynaya “Tomaqavk” raketləri göndərə biləcəyini bəyan etmişdi.