🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ vitse-prezidenti: “Çin ağıllı seçim etməlidir”

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Çinlə ticarət gərginliyi fonunda Pekini “ağlın yolunu seçməyə” çağırıb. O bildirib ki, qarşıdakı həftələr Çin tərəfinin münaqişəni dərinləşdirmək niyyətində olub-olmadığını göstərəcək.
Vens vəziyyəti “həssas” adlandıraraq, çox şeyin Pekinin reaksiyasından asılı olduğunu vurğulayıb:
“Əgər onlar aqressiv cavab versələr, əmin olun ki, ABŞ prezidenti Çindən daha çox karta sahibdir. Lakin Çin ağıllı davranmağa hazırdırsa, Tramp da hər zaman ağıllı danışıqlara açıqdır”.