Azərbaycan.media xəbər verir ki, Füzuli rayonunda Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun anım mərasimi keçirilib. Mərasimdə ailə üzvləri, yerli idarə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Vüsal Məmmədov 1990-cı ildə Musabəyli kəndində doğulub. Uşaqlıq illərini çadır şəhərciyində keçirsə də, hərbçi olmaq arzusu ilə böyüyüb. Dəniz Donanmasında xidmət edib, xüsusi təyinatlı kursları bitirib, dalğıc-kəşfiyyatçı kimi fəaliyyət göstərib. Müharibənin ilk günündən döyüşlərə qatılıb, Murovdağdan Cəbrayıla, Füzuliyə qədər bir çox strateji ərazilərin azad olunmasında iştirak edib.
12 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Babı kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra “Qarabağ ordeni”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
