Bakı şəhərinin Yasamal rayonunda yerləşən Xarici Dairəvi avtomobil yolunun yan hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Azərbaycan.media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, 11 oktyabr saat 08:00-dan 12 oktyabr saat 24:00-dək Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissədə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını və öncədən alternativ marşrutlara üstünlük vermələrini xahiş edir.
