Azərbaycan.media xəbər verir ki, bu gün Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda yarışlarına start verilir. Yarışlarda Azərbaycanı təmsil edən 30 cüdoçu qızıl medal uğrunda mübarizə aparacaq.
Ölkəmizin cüdo yığması daha əvvəl fərdi yarışlarda uğurlu çıxış edərək 5 qızıl, 7 gümüş və 9 bürünc medal qazanıb. Bu nəticə ilə millimiz ümumi komanda hesabında ikinci, qadınların mübarizəsində isə birinci yeri tutub.
Qızıl medal qazananlar:
Gülşən Hüseynova (44 kq)
Könül Eyvazlı (48 kq)
Nərmin Ağamirzəzadə (52 kq)
Zeyd Ələsgərov (60 kq)
Fəxri Sahibzadə (66 kq)
Gümüş medal qazananlar:
Sunay Salamova (40 kq)
Nəzakət Vəliyeva (57 kq)
Məhəmmədəli Hüsüyev (55 kq)
Röyal Qayıbov (60 kq)
Hüseyn Hüseynov (60 kq)
Məhəmməd Ağakişiyev (81 kq)
Sübhan Axundov (+90 kq)
Bürünc medal qazananlar:
Xədicə Abdullayeva (44 kq)
Aysun Məmmədova (52 kq)
Fidan Cəlilli (70 kq)
Zemfira Əliyeva (+70 kq)
Anar Quliyev (50 kq)
İbrahim Talıbov (55 kq)
Sadiq Məmmədov (73 kq)
Nurəddin Əliyev (90 kq)
Tunar Fərzəliyev (+90 kq)
Yarışlarda ümumilikdə 6 ölkədən 91 cüdoçu (50 oğlan, 41 qız) iştirak edir.
