Azərbaycan.media xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı irəli sürdüyü 20 maddəlik sülh planını ərəb ölkələrinin diplomatik rəhbərləri ilə müzakirə edib.
Diplomatik mənbələrin bildirdiyinə görə, Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani, eləcə də İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə telefon əlaqəsi saxlayıb. Görüşlərin əsas mövzusu Trampın təqdim etdiyi atəşkəs və sülh təşəbbüsləri olub.
Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp Qəzza üçün yeni sülh planını açıqlayıb. Plana əsasən:
Münaqişə tərəfləri üç gün ərzində atəşi dayandırmalıdır;
HƏMAS bütün girovları İsrailə təhvil verməlidir;
Fələstin anklavında hakimiyyət yeni strukturla dəyişdirilməlidir.
Hazırda HƏMAS Vaşinqtonun təklifinə rəsmi cavab verməyib.
