Azərbaycan.media xəbər verir ki, bu gün Lənkəran rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Məlumata görə, “Azərişıq” ASC tərəfindən Lənkəran Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 6 saylı şəhər hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 12:00-dan 14:00-dək Heydər Əliyev prospekti, Anar Mahmudov, Paşa Təhməzov və Şəkər Aslan küçələrində, həmçinin Raypo və Kiçik bazar yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
