Azərbaycan.media xəbər verir ki, Gəncə şəhərində yerləşən zavodlardan birində yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə şəhərin Ə. Arazov küçəsində yerləşən müəssisədə baş verib. Yanğınla bağlı məlumat daxil olduqdan dərhal sonra əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin оператив müdaxiləsi nəticəsində alov qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.
