🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda bir sıra əsas yollarda nəqliyyat sıxlığı müşahidə olunur – SİYAHI yeniləndi

Azərbaycan.media xəbər verir ki, paytaxtın bir neçə əsas küçə və prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda Bakıda sıxlıq müşahidə olunan yollar aşağıdakılardır:
Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində
Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində
Heydər Əliyev prospekti (əsas və köməkçi yollar), mərkəz istiqamətində
Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” istiqamətində
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində
Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində
28 May küçəsi, Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər
Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində
1-ci Gölkənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospektinə qədər
Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində
Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində
Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.