🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ukrayna dronları Moskvaya çatdı: Rusiya “hamısını vurmaq mümkün deyil” dedi

Azərbaycan.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfindən həyata keçirilən genişmiqyaslı pilotsuz uçuş aparatı hücumu ilə bağlı məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, mayın 4-ü saat 20:00-dan mayın 5-i saat 07:00-a qədər davam edən hücumlar zamanı hava hücumundan müdafiə sistemləri tərəfindən ümumilikdə 289 dron məhv edilib.
Bildirilib ki, pilotsuz uçuş aparatları Rusiyanın 18 müxtəlif regionu üzərində zərərsizləşdirilib. Bunlar arasında Bryansk, Belqorod, Voronej, Kursk, Kaluqa, Smolensk, Oryol, Tver, Tula, Ryazan, Pskov, Novqorod, Leninqrad, Rostov, Volqoqrad vilayətləri, eləcə də Krasnodar diyarı və Tatarıstan yer alır.
Məlumata görə, Ukrayna dronları Moskvaya qədər çatıb, həmçinin Azov dənizi akvatoriyasında da hava hədəfləri vurulub.
Rusiya tərəfi hücumların genişmiqyaslı olduğunu etiraf edərək bütün hədəflərin qarşısının tam alınmasının mümkün olmadığını bildirib.
Hadisə nəticəsində Çeboksarı şəhərində və Bryansk vilayətində xəsarət alanların olduğu qeyd olunur.